Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
“Xocalının “brilliant oğlan”ı ciyutaido üzrə dünya çempionatında kuboka və qızıl medala sahib olub

0

  •       İstanbulda
    keçirilən kyokuşinkaykan karate və ciyutaido üzrə dünya çempionatlarında uğurla
    çıxış edən Azərbaycan milli komandasının üzvləri 2 qızıl, 3 gümüş və 3 bürünc
    medal qazanıblar. Ciyutaido üzrə dünya
    çempionatını isə təmsilçilərimiz 4 qızıl, 1 gümüş və 3 bürünc medalla başa
    vurublar.       Qürur və fəxr
    hissi ilə bildiririk ki, “Xocalının “brilliant oğlan”ı adlandırdığımız Abbaslı
    Abbas Nəriman oğlu ciyutaido üzrə dünya
    çempionatının kubokuna və qızıl medalına sahib olub.      Qeyd
    edək ki, əslən Xocalı rayonunun Cəmilli kəndindən olan Abbas Abbaslı 2011-ci il dekabrın 12-də Bakıda doğulub. Abbas, hələ 8 yaşında ikən İstanbulda keçirilən
    karate kyokusinkay üzrə Avropa çempionatında bütün rəqiblərinə qalib gələrək fəxri
    kürsünün ən yüksək pilləsinə qalxıb. 2019-cu il fevralın 14-də
    İranda keçirilən ciyutaido üzrə Asiya Çempionatında qızıl medal qazanıb. Abbas həmin
    ilin 04 may tarixində isə Azərbaycanda keçirilən Kyokişin üzrə IV dünya kubok
    yarışında öz yaşıdları arasında I yerə nail olaraq idman karyerasına dünya kubokunu və qızıl
    medalını əlavə edib.Sevindirici haldır ki, yeniyetmə və gənclərimiz hər sahədə uğurlar qazanaraq bizim mənəvi gücümüzü artırır. Ümidli gələcəyimizdən xəbər verən Abbasın qələbələri bütün xocalıları sevindirir. İnanırıq ki, idman dünyasına uşaq yaşlarından uğurlu addımlar atan Abbasın parlaq qələbələri hələ qarşıdadır.                                       
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib29 dəfə
    “Xocalının “brilliant oğlan”ı ciyutaido üzrə dünya çempionatında kuboka qızıl medala sahib olub

    Maraqlı gələ bilər
    53
    29